Cəmiyyət

Bahar Muradova: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda aktiv şəkildə iştirak edirlər"

14 Apr 2026, 11:47 2 baxış
Bahar Muradova: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda aktiv şəkildə iştirak edirlər"
"Qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi, onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir". Oxu.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib. O deyib ki, bu, qadınların sosial dayanıqlılığını artırır: "Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda, dayanıqlı kənd təsərrüfatında və su istifadəsində aktiv şəkildə iştirak edirlər. Qadınlar həm rəqəmsal mühitdə, həm də ətraf mühit sahəsində fəaliyyət göstərirlər. Siyasətlərin effektivliyini gücləndirmək isə yalnız nəzəri yanaşmalarla deyil, eyni zamanda, real təcrübələrlə ölçülməlidir". B.Muradova vurğulayıb ki, qadınların beynəlxalq platformalara cəlb olunma inklüzivliyi artırır: "AQEM Qadınlar Şurasının yaradılması və mandatının praktik müstəviyə keçirilməsi üzv dövlətlər arasında əhəmiyyət daşıyır. Xüsusi vurğulamaq istəyirəm ki, güclü təşəbbüslər və fəaliyyət planı vasitəsilə artıq uzun müddətdir toplanmış təcrübəni praktikaya çevirmək mümkündür".
Mənbə oxu.az

Oxşar Xəbərlər