Cəmiyyət
Azərbaycanda MEYİT DONORLUĞU: 70-dən çox insana həyat verilib
"Bu günə qədər beyin ölümü keçirmiş 13 donordan 73 orqan və toxuma transplantasiya edilib". Oxu.Az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.
Onun sözlərinə görə, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-si ürək, 30-u isə gözün buynuz qişasıdır: "Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub. Bunlardan 14 nəfər dünyasını dəyişib, ikinci dəfə beyin ölümü təsdiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib". Y.Abbasova bildirib ki, transplantasiyaya olunmuş orqan və toxumalar əməliyyatı icra edən həkim komandası tərəfindən daim nəzarətdə saxlanılır, mütəmadi olaraq qan təhlillərinə baxılır, qəbul olunan immunsupressiv dərmanların dozaları qan təhlillərinə uyğun tənzimlənir.

Mənbə
oxu.az