Cəmiyyət
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Axar.az xəbər verir ki, hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az