Cəmiyyət

Şagirdlər soyuqda dərs keçirlər, bina uçmaq üzrədir - Ağtala məktəbi acınacaqlı vəziyyətdə

14 Apr 2026, 11:00 2 baxış
Şagirdlər soyuqda dərs keçirlər, bina uçmaq üzrədir - Ağtala məktəbi acınacaqlı vəziyyətdə
Xaçmaz rayonunun Ağtala kənd məktəbi qəzalı vəziyyətdədir. Bu barədə Oxu.Az-a məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər. Valideynlər bildiriblər ki, məktəb binasının divarları çatlayıb, suvaqları tökülüb, tavan dağılır, pəncərələr isə köhnə və zədəlidir. Görüntülərdən də aydın olur ki, sinif otaqlarında normal tədris üçün şərait yoxdur. Valideynlərin sözlərinə görə, sinif otaqları soyuq olduğundan şagirdlər tez-tez dərs bitmədən evə buraxılırlar. Bu səbəbdən uşaqların xəstələndiyi də iddia olunur. Mövcud vəziyyətin şagirdlərin təhsilinə və sağlamlığına ciddi risk yaratdığı qeyd olunur. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər