Cəmiyyət

Toya gedən xanım davulçu qəzaya düşdü - Foto

14 Apr 2026, 10:54 2 baxış
Toya gedən xanım davulçu qəzaya düşdü - Foto

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Novosaratovka kəndində qeydə alınan hadisə zamanı el şənliklərində davulçu olan Aysel Xıdırova idarə etdiyi "Şevrolet"markalı avtomobilini aşırıb.


Maşında özü, köməkçisi və azyaşlı övladı olub.


Qəza zamanı Aysel Xıdırova özü xəsarət alıb. Hazırda müalicəsi ev şəraitində davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər