Cəmiyyət
Bahar Muradova: "Qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil"
"AQEM çərçivəsində ilk dəfə hökumət və parlament nümayəndələri birlikdə təşəbbüs irəli sürürlər, qadın sahibkarlığının inkişafı birgə müzakirə mövzusuna çevrilir". Oxu.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 14-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş "Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" adlı tədbirdə deyib. O bildirib ki, qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas prioritetlərindən biri olmaqla yanaşı, həm də sosial rifahın yüksəldilməsində mühüm rol oynayır: "Qadınların sahibkarlıq fəaliyyətində aktiv iştirakı yeni iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artmasına və ümumilikdə cəmiyyətin iqtisadi dayanıqlılığının güclənməsinə töhfə verir. Bu baxımdan, qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda, strateji iqtisadi inkişaf prioritetidir".
Mənbə
oxu.az