Digər

ABŞ-la İran razılığa gəlsə, əlavə 60 günlük atəşkəs ola bilər

13 Apr 2026, 13:06 1 baxış
ABŞ-la İran razılığa gəlsə, əlavə 60 günlük atəşkəs ola bilər

Hazırda danışıqlar aparılan əsas mövzulara nəzər saldıqda, onların 15 gün ərzində yekunlaşdırılacağını və hərtərəfli razılaşma imzalanacağını gözləmək texniki cəhətdən real olmaya bilər.


Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.


“Tərəflər yaxşı irəliləyiş əldə etsələr, danışıqların davam etdirilməsi və problemlərin bu müddət ərzində həll edilməsi üçün əlavə atəşkəs müddəti - bəlkə də 45 gün və ya hətta 60 gün gündəmə gələ bilər.


Əlbəttə ki, həmişə İsrail amili var. İsrailin pozucu rolu həmişə nəzərə alınmalıdır. İnanıram ki, xüsusən də iranlılar amerikalıların təklifini qiymətləndirəcək və cavab verəcəklər”, - Fidan vurğulayıb.


Qeyd edək ki, ABŞ və İran arasında İslamabadda baş tutan danışıqlar nəticəsiz başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər