Digər

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayandı

13 Apr 2026, 12:26 1 baxış
Hörmüz boğazında gəmilərin hərəkəti tam dayandı

Hörmüz boğazında gəmilərin hərəkəti ABŞ-ın İran limanlarına qarşı blokada elan etməsindən dərhal sonra tam dayandırılıb.


Axar.az xəbər verir ki, bu barədə “Lloyd’s List” məlumat yayıb.


Bildirilib ki, artıq əvvəlcədən məhdud səviyyədə olan hərəkət birdən-birə tam dayanıb, gəmilər isə istiqamətlərini dəyişərək geri qayıtmağa başlayıblar.


Qeyd edək ki, blokada qərarı ABŞ Prezidenti Donald Tramp tərəfindən elan olunub və bu gün qüvvəyə minəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər