Digər

Bu ölkədə ilk dəfə qadın ordu komandiri oldu

13 Apr 2026, 09:48 7 baxış
Bu ölkədə ilk dəfə qadın ordu komandiri oldu

Avstraliya tarixində ilk dəfə ordu komandiri vəzifəsinə qadın təyin edilib.


Axar.az xəbər verir ki, bunu Avstraliya Baş naziri Entoni Albaneze deyib.


“İyul ayından etibarən ölkə ordusuna hazırda Birləşmiş Qüvvələrin rəisi vəzifəsində çalışan general-leytenant Syuzan Koylun rəhbərlik edəcək. O, bu vəzifədə general-leytenant Saymon Stüartı əvəz edəcək”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər