Digər

Kuba lideri ABŞ-a meydan oxudu

13 Apr 2026, 09:15 1 baxış
Kuba lideri ABŞ-a meydan oxudu

Kuba ABŞ Prezidenti Donald Trampın adanın mümkün ələ keçirilməsi ilə bağlı təhdidlərindən qorxmur və hər hansı hərbi təcavüz halında özünü müdafiə etməyə hazırdır.


Axar.az “Politiko”a istinadən xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dies-Kanel bildirib.


“Qorxmuram. İnqilab üçün həyatımı verməyə hazıram. Kubaya qarşı təcavüz haqsız və bütün tərəflər üçün ağır nəticələrə səbəb olar”, - o deyib.


Prezident həmçinin Amerika ictimaiyyətinin adaya qarşı baş verəcək müharibəni dəstəkləyəcəyinə şübhə ilə yanaşdığını qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər