Digər

Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

13 Apr 2026, 09:41 1 baxış
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

13-17 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.


Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.


"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Mənbə axar.az

Oxşar Xəbərlər