Digər

Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir

13 Apr 2026, 07:49 1 baxış
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir

ABŞ ordusu Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Hörmüz boğazı, İran limanlarının blokadasını tətbiq etməyə hazırlaşır.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridadan qayıdarkən Merilenddəki Endryus aviabazasında jurnalistlərə açıqlaçasında deyib.


Tramp İslamabad danışıqların razılaşma ilə yekunlaşmadığı üçün İranla dialoqun olub-olmamasında fərq görmür:


"Əgər iranlılar danışıqlara qayıtmasalar, mənim üçün hər şey qaydasındadır".


Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 apreldə Hörmüz boğazının blokadasına başlayacağını açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər