CHP-nin Ankara təşkilatının sədri həbs edildi
Türkiyədə CHP-nin Ankara təşkilatının sədri Ümid Erkol həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, İzmir Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Ankarada saxlanılan Ümid Erkol da daxil olmaqla 9 nəfər məhkəmə qərarı ilə həbs olunub.
Araşdırma İzmir Böyükşəhər Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən "İZBETON AŞ" vasitəsilə bəzi şəhərsalma layihələrində kooperativ strukturu üzərindən qanunsuz gəlir əldə edilməsi iddiaları əsasında başlanıb.
İş üzrə "mənimsəmə", "xüsusilə külli miqdarda dələduzluq", "rəsmi sənədlərin saxtalaşdırılması" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittihamlar irəli sürülüb.
Aprelin 9-da Ankarada keçirilən əməliyyat zamanı ümumilikdə 9 nəfər saxlanılıb, bir nəfərin isə ölkə xaricində olduğu bildirilib.