Digər

Münaqişə qısa müddətə həll edilməyəcək - Türkiyə

13 Apr 2026, 00:46 1 baxış
Münaqişə qısa müddətə həll edilməyəcək - Türkiyə

Ümid edirik ki, bölgəmizdə əldə edilən atəşkəs tam şəkildə həyata keçiriləcək və ABŞ-İran danışıqları prosesi davamlı sülhlə nəticələnəcək.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib.


Vitse-prezidenti bildirib ki, genişmiqyaslı münaqişələrin qısa müddətdə həllini gözləmək real deyildir.


“Danışıqlar çətin ola bilər. Lakin, hətta ən çətin dialoq belə müharibənin dağıdıcı təsirləri qarşısında sərf olunan vaxta və səyə dəyər. Ümid edirik ki, bölgəmizdə əldə edilən atəşkəs tam şəkildə həyata keçiriləcək, diplomatiya üçün kifayət qədər imkanlar yaradılacaq və başlayan ABŞ-İran danışıqları prosesi davamlı sülhlə nəticələnəcək. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli rəhbərliyi ilə ədalətli sülh istiqamətində diplomatik səylərə ən yüksək səviyyədə töhfə verməyə davam edəcək”, - deyə C.Yılmaz vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər