Digər

Pakistan katerinə hücum: 3 nəfər öldürüldü

12 Apr 2026, 21:22 1 baxış
Pakistan katerinə hücum: 3 nəfər öldürüldü

Ərəbistan dənizinin Pakistan sahillərində sahil mühafizə katerinə hücum edilib, nəticədə üç əməkdaş həlak olub.


Axar.az xəbər verir ki, hadisə bazar günü Pakistanın İranla sərhədi yaxınlığındakı sahil zonasında baş verib.


Bildirilib ki, kater planlı patrul xidməti həyata keçirərkən silahlı şəxslər ona atəş açıblar. Hücum nəticəsində göyərtədə olan üç əməkdaş həlak olub.


Hücuma görə məsuliyyəti qadağan olunmuş separatçı "Bəlucistan Azadlıq Ordusu" qruplaşması öz üzərinə götürüb.

Mənbə axar.az

Oxşar Xəbərlər