Digər

Macarıstanda seçkilər: Rekord göstərici qeydə alındı

12 Apr 2026, 20:39 1 baxış
Macarıstanda seçkilər: Rekord göstərici qeydə alındı

Macarıstanda seçki məntəqələrinin bağlanmasına iki saat qalmış - yerli vaxtla saat 17:00-da seçici fəallığı 74,23%-ə çatıb.


Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Bildirilib ki, bu, rekord göstəricidir. Belə ki, 2022-ci ildə keçirilən son seçkilərdə seçici fəallığı 62,92% təşkil edib. Builki seçici fəallığı artıq 2002-ci ildə qeydə alınan əvvəlki 73,51%-lik rekordu keçib.


Analitiklər seçki məntəqələri bağlanana qədər seçici fəallığının 80%-ə çata biləcəyini proqnozlaşdırırlar.


Əsas namizədlər olan “Fides” və “Tisa” partiyalarının liderləri Viktor Orban və Peter Magyar seçiciləri saat 19:00-dan əvvəl seçki məntəqələrinə getməyə çağırıblar.


Qeyd edək ki, bu seçkilər Macarıstan üçün çox əhəmiyyətlidir. Çünki Orbandan fərqli olaraq, Magyar Ukraynaya yardım və AB ilə həmrəylik strategiyasını seçəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər