Digər

ABŞ İranın etimadını qazana bilmədi - Qalibaf

12 Apr 2026, 14:21 1 baxış
ABŞ İranın etimadını qazana bilmədi - Qalibaf

Bizdə lazımi xoşməramlılıq və qətiyyət var, lakin əvvəlki iki müharibənin təcrübəsinə görə qarşı tərəfə etibar etmirik.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Pakistanda ABŞ-la danışıqlar barədə deyib.


“Digər tərəf sonda bu danışıqlar mərhələsində İran nümayəndə heyətinin etimadını qazana bilmədi. Amerika bizim məntiqimizi və prinsiplərimizi başa düşdü. İndi onun bizim etimadımızı qazanıb-qazanmayacağına qərar verməsinin vaxtıdır.


Biz İran millətinin hüquqlarını təmin etmək üçün hərbi mübarizə ilə yanaşı, güc diplomatiyasını da başqa bir üsul hesab edirik”, - o bildirib.


Qeyd edək ki, 8 apreldə ABŞ və İran arasında iki həftəlik atəşkəs əldə edilib. İslamabadda 11 apreldə keçirilən sülh danışıqları isə nəticəsiz başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər