Digər

ABŞ və İran bu iki məsələdə razılığa gəlib - Tramp

09 Apr 2026, 09:07 1 baxış
ABŞ və İran bu iki məsələdə razılığa gəlib - Tramp

ABŞ və İran nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı məsələlərdə razılığa gəlib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.


Tramp qeyd edib ki, razılaşmaya əsasən İran nüvə silahı əldə etməyəcək, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq.


O, bu məsələlərin əvvəlcədən razılaşdırıldığını vurğulayıb.


ABŞ lideri həmçinin bildirib ki, Amerika qüvvələri hazırda resurslarını bərpa edir və növbəti mərhələni gözləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər