Dünya

İnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb - VİDEO

09 Apr 2026, 04:42 1 baxış
İnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb - VİDEO
Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb. xəbər verir ki, bu barədə parkın rəhbəri Takasi Yasunaqa "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.
"Fevral ayından etibarən ("Punch"ın "X" sosial şəbəkəsində ilk videoları yayımlandığı vaxtdan - red.) ziyarətçilərin sayı kəskin şəkildə artıb. Əgər ötən ilin fevralında 20 min ziyarətçi var idisə, bu ilin fevral ayında onların sayı 47 minə çatıb. Keçən ilin martında bizə 24 min insan gəlmişdisə, bu il bu rəqəm 90 min olub", - deyə o qeyd edib. Qeyd edək ki, doğulduqdan sonra anası tərəfindən imtina edilən "Punch" adlı kiçik meymun zoopark işçiləri tərəfindən böyüdülüb. Onun heç vaxt yanından ayırmadığı yumşaq oranqutan oyuncağı isə bala makaka üçün anasını əvəz edib. Sosial şəbəkələrdə milyonlarla baxış toplayan bu təsirli hekayə insanların zooparka axın etməsinə səbəb olub.
Mənbə oxu.az