Dünya

Çinin hərbi sirləri oğurlandı: Haker superkompüteri sındıraraq petabaytlarla məlumat əldə edib

09 Apr 2026, 03:44 1 baxış
Çinin hərbi sirləri oğurlandı: Haker superkompüteri sındıraraq petabaytlarla məlumat əldə edib
Çində dövlət superkompüterlərindən birinin haker hücumuna məruz qaldığı və oradan petabaytlarla (1 petabayt = 1 kvadrilyon bayt) məxfi məlumatın oğurlandığı ehtimal edilir. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı ekspertlərin rəyinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, haker əldə etdiyi məlumatları, o cümlədən məxfi hərbi sənədləri internetdə satmağa çalışır. Kiberhücumun hədəfi Çinin Tyantszin şəhərində yerləşən Milli Superkompüter Mərkəzi olub. Qeyd edək ki, bu mərkəzin müştəriləri arasında elmi və hərbi müəssisələr də daxil olmaqla, təxminən 6 000 təşkilat var. Sızdırılan məlumatların aid olduğu qurumlar arasında Çinin ən böyük aviasiya silahı istehsalçısı olan "Aviation Industry Corporation of China" (AVIC) və Çin Müdafiə Nazirliyinə tabe olan Müdafiə Elm və Texnika Universiteti də var. Özünü "FlamingChina" adlandıran hakerlə ünsiyyətdə olan ekspertlərin fikrincə, o, superkompüteri nisbətən asanlıqla sındırıb və aylarla sistemdən məlumatları endirməyə nail olub. İlkin qiymətləndirmələrə görə, haker ümumilikdə 10 petabaytdan çox məxfi informasiya oğurlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər