Dünya
Aktyor Metyu Perrinin ölümü ilə əlaqədar "ketamin kraliçası" azadlıqdan məhrum edildi
ABŞ-də "ketamin kraliçası" ləqəbini almış Casvin Sanqa tanınmış aktyor Metyu Perrinin ölümü ilə əlaqədar iş üzrə 15 il azadlıqdan məhrum edilib. Məhkəmə müəyyən edib ki, məhz o, aktyora ölümcül dozada maddə ötürüb. Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir. İstintaq məşhur "Dostlar" serialının ulduzunun ölümünə narkotikin həddindən artıq dozasının səbəb olduğu qənaətinə gəlib. Hələ 2025-ci ilin avqustunda Sanqa qanunsuz narkotik dövriyyəsi ilə bağlı federal ittihamlar üzrə təqsirini etiraf edib. Bu etiraf hökmün çıxarılması zamanı əsas amil olub. Xatırladaq ki, "Dostlar" serialının ulduzu Metyu Perri 2023-cü il oktyabrın sonunda 54 yaşında vəfat edib. O, Los-Ancelesdəki evində ölüb. Həmin ilin dekabrında "The New York Times" qəzeti aktyorun ölüm səbəbinin ketamin adlı narkotik maddənin kəskin təsiri olduğunu yazmışdı.
Mənbə
oxu.az