Dünya

Amerikalı hərbçilər İrandakı əməliyyat zamanı neçə litr qəhvə içdiklərini hesablayıblar

09 Apr 2026, 02:24 1 baxış
Amerikalı hərbçilər İrandakı əməliyyat zamanı neçə litr qəhvə içdiklərini hesablayıblar
ABŞ Hərb Nazirliyinin əməkdaşları İrandakı "Epik qəzəb" əməliyyatı zamanı 3.5 milyon litrdən çox qəhvə içiblər. Oxu.Az "Kommersant"a istinadən xəbər verir, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn məlumat verib. "Biz 6 milyondan çox porsiya yemək yedik, təxminən 950 000 qallon qəhvə (3.5 milyon litrdən çox - red.), iki milyon enerji içkisi içdik və böyük miqdarda nikotin sərf etdik", - deyə o, mətbuat konfransında bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər