Dünya
İran Hörmüz boğazından gün ərzində neçə gəmi buraxacağını açıqladı
İran ABŞ ilə danışıqlarda vasitəçilərə atəşkəs sazişi çərçivəsində Hörmüz boğazından keçə biləcək gəmilərin sayını gün ərzində 10 ədədlə məhdudlaşdıracağını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazır . İran Hərbi Dəniz Qüvvələri bu ərazidə lövbər salmış gəmiləri xəbərdar edib ki, onlar Tehrandan icazə aldıqdan sonra boğazdan keçə biləcəklər. "Əgər hər hansı gəmi icazəsiz keçməyə cəhd edərsə, o, məhv ediləcək", - deyə Hərbi Dəniz Qüvvələrinin nümayəndələri bildiriblər.
Mənbə
oxu.az