Dünya
Vens: "İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə əməl etməyəcək"
"İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs şərtlərinin özünə aid hissəsinə əməl etməyəcək". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Macarıstandan yola düşməzdən əvvəl jurnalistlərlə söhbəti zamanı Hörmüz boğazının açılma müddəti ilə bağlı sualı cavablandırarkən bildirib. "Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. Prezident Donald Tramp açıq şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə öz tərəflərindən boğazı açmalıdırlar. Əgər bu, baş verməsə, əgər İran razılaşmaların özünə aid hissəsinə əməl etməsə, prezident də öz hissəsinə riayət etməyəcək", - deyə Vens qeyd edib.
Mənbə
oxu.az