Digər

Tramp onunla ABŞ-ın NATO-dan çıxmasını müzakirə edəcək

09 Apr 2026, 01:17 1 baxış
Tramp onunla ABŞ-ın NATO-dan çıxmasını müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp bu gün NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə ölkəsinin NATO-dan çıxma ehtimalını müzakirə edəcək.


Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.


"Bu, Prezidentin artıq qeyd etdiyi məsələdir və bu gün NATO-nun baş katibi Mark Rutte ilə müzakirə edəcək və çox güman ki, həmin görüşdən sonra şərh verəcək", - deyə Ağ Ev rəsmisi bildirib.


O, həmçinin Trampın ittifaqla bağlı hazırkı mövqeyini də xatırladıb:


"ABŞ prezidentinin NATO ilə bağlı birbaşa sitatını oxuyuram: "Onlar sınaqdan keçirilib və uğursuz olublar". Və əlavə etmək istərdim ki, NATO-nun son altı həftə ərzində Amerika xalqına arxa çevirməsi çox kədərlidir. Baxmayaraq ki, müdafiəsini maliyyələşdirən Amerika xalqıdır".

Mənbə axar.az

Oxşar Xəbərlər