Dünya
Benyamin Netanyahu: "İsrailin İranla bağlı yerinə yetirilməmiş hədəfləri var"
"İsrailin İranla bağlı hələ də yerinə yetirilməmiş hədəfləri var və biz onlara bu və ya digər şəkildə nail olacağıq". Oxu.Az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Biz onlara ya saziş yolu ilə, ya da döyüşlərin bərpası hesabına nail olacağıq", - deyə baş nazir bildirib. Onun sözlərinə görə, İsrail istənilən anda döyüşləri bərpa etməyə hazırdır. "Barmaq tətik üzərindədir", - Netanyahu vurğulayıb.
Mənbə
oxu.az