Dünya
Vens: "ABŞ İrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib"
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Vaşinqtonun Tehrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı heç bir vəd vermədiyini və tərəflər arasında anlaşılmazlıq olduğunu bildirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu sözləri Macarıstanda jurnalistlər açıqlamasında deyib. "Fikrimcə, məsələ ondan ibarətdr ki, anlaşılmazlıq baş verib. Güman edirəm ki, iranlılar atəşkəsin Livanı da əhatə etdiyini düşünüblər, lakin bu, belə deyil. Biz heç vaxt belə vədlər verməmişik. Biz atəşkəsin İran, ABŞ-nin müttəfiqləri, İsrail və Fars körfəzinin ərəb ölkələrinə aid olacağını demişik", - deyə Vens əlavə edib.
Mənbə
oxu.az