Dünya
Tramp: "ABŞ və İran Hörmüzdən keçidə görə birgə ödəniş ala bilərlər"
ABŞ Prezidenti Donald Tramp bütün gəmilərin Hörmüz boğazından keçidinə görə ödənişin alınması üçün ABŞ-İran birgə müəssisəsinin yaradılmasını mümkün hesab edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu "ABC News" telekanalının jurnalisti Conatan Karl bildirib. * Hər barrelə bir dollar, özü də kriptovalyutada: İrandan YENİ TƏLƏB "Biz bunu birgə müəssisə kimi etmək barədə düşünürük. Bu, təhlükəsizliyi təmin etmək, həmçinin onu bir çox başqa insanlardan qorumaq üçün bir üsuldur. Bu, gözəl bir şeydir", - deyə Tramp jurnalistin iranlıların boğazdan keçid üçün ödəniş alması ilə razı olub-olmaması barədə sualını cavablandırarkən bildirib.
Mənbə
oxu.az