Dünya

İran İsraili atəşkəsi pozmaqda rəsmən ittiham etdi

08 Apr 2026, 20:20 1 baxış
İran İsraili atəşkəsi pozmaqda rəsmən ittiham etdi
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığında İsrailin atəşkəs rejimini pozmasını müzakirə edib. Oxu.Az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, tərəflər gələcək koordinasiyanın vacibliyini vurğulayıblar. "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verir ki, İsrail atəşkəsi pozmağa və Livana hücum etməyə davam edərsə, İran sülh sazişindən çıxa bilər. Məlumata görə, Livandakı "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatların dayandırılması sazişin bəndlərindən biri idi, buna görə də Tehran ondan çıxmaq hüququnu özündə saxlayır. İran və ABŞ arasında ikihəftəlik atəşkəs elan edildikdən sonra İsrail ordusu da İrana hücumları dayandırdığını elan etsə də, Livandakı "Hizbullah"a qarşı əməliyyatı davam etdirib. SAXAL hazırkı gərginlik başlayandan bəri Livandakı obyektlərə ən miqyaslı zərbələr seriyasının endirildiyini açıqlayıb. Eyni zamanda KİV-in məlumatına görə, İsrail amerikalılarla birlikdə İranın cənubundakı neft emalı zavoduna zərbələr endirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər