Dünya
Heqset: "İran zənginləşdirilmiş uranı ABŞ-yə ya özü verəcək, ya da güc yolu ilə ələ keçiriləcək"
Pentaqon iddia edir ki, ya İran özünün zənginləşdirilmiş uranını ABŞ-yə təhvil verəcək, ya da Vaşinqton bu nüvə materiallarını güc yolu ilə çıxaracaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset mətbuat konfransında İranın əlində olan zənginləşdirilmiş uran barədə sualı cavablandırarkən deyib. "Onlar zənginləşdirilmiş uranı ya Prezident Donald Trampın ifadə etdiyi kimi bizə könüllü şəkildə verəcəklər, biz də onu qəbul edəcəyik. Ya da biz özümüz nəsə etməli olsaq, 2025-ci ilin yayında həyata keçirilən "Gecəyarısı çəkici" əməliyyatında olduğu kimi, onu özümüz çıxaracağıq", - deyə nazir qeyd edib. 2025-ci il iyunun 22-də keçirilən "Gecəyarısı çəkici" əməliyyatı zamanı ABŞ İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə havadan zərbələr endirmişdi.
Mənbə
oxu.az