Dünya

Tramp: "Livan İranla atəşkəs razılaşmasına daxil edilməyib"

08 Apr 2026, 20:46 1 baxış
Tramp: "Livan İranla atəşkəs razılaşmasına daxil edilməyib"
"Livanda döyüş əməliyyatlarının dayandırılması ABŞ və İran arasında atəşkəs şərtlərinə daxil edilməyib, çünki İsraillə "Hizbullah" hərəkatı arasında qarşıdurma ayrıca münaqişədir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp PBS telekanalına müsahibəsində bildirib. "Livan "Hizbullah" səbəbi ilə sazişə daxil edilməyib. Bunun da qayğısına qalınacaq", - deyə Ağ Evin rəhbəri cavab verib. Jurnalistlər ondan İsrailin zərbələr endirməyə davam etməsinin onu qane edib-etmədiyini soruşublar: "Bu, sazişin bir hissəsidir - bunu hamı bilir. Bu, ayrıca döyüşdür", - deyə ABŞ prezidenti bildirib. Ağ Evin rəhbərindən "Truth Social"da İran sivilizasiyasını məhv etmək imkanı barədə mesajına görə peşman olub-olmadığını soruşduqda, Tramp dəstəyi asıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər