Dünya
KİV: İran gəmilərin Hörmüz boğazından keçidini dayandırdı
İran İsrailin Livana zərbələri səbəbindən gəmilərin Hörmüz boğazından keçidini müvəqqəti dayandırıb. Oxu.Az bu barədə "Fars" agentliyinin "Telegram" kanalına istinadən xəbər verir. "İsrailin Livana hücumları ilə eyni vaxtda neft tankerlərinin Hörmüz boğazından keçidi dayandırılıb", - deyə məlumatda bildirilir. Bununla yanaşı, nəşr qeyd edib ki, səhər saatlarında Tehran və Vaşinqtonun atəşkəs barədə razılığa gəlməsindən sonra iki neft tankeri İrandan boğaz vasitəsilə təhlükəsiz tranzit üçün icazə almışdı.
Mənbə
oxu.az