Digər

Atəşkəs pozuldu, Şahbaz Şərif çağırış etdi

08 Apr 2026, 19:26 1 baxış
Atəşkəs pozuldu, Şahbaz Şərif çağırış etdi

Münaqişə bölgəsində bəzi ərazilərdə atəşkəsin pozulması barədə məlumatlar verilir ki, bu da sülh prosesinin ruhunu sarsıdır. Mən bütün tərəfləri səmimi və ciddi şəkildə təmkinli olmağa və razılaşdırıldığı kimi, ikihəftəlik atəşkəsə riayət etməyə çağırıram.


Axar.az xəbər verir ki, bu sözləri Pakistan Baş naziri Şahbaz Şərif X hesabında yazıb.


“Bu, diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün əhəmiyyətlidir", - Şərif qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər