Digər
"AL Market"lərdə avtomobil qazandıran lotereya
"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər. Lotereya 7 aprel - 7 may 2026-cı il tarixlərini əhatə edir və bütün "AL Market" filiallarında keçirilir. Kampaniyada iştirak etmək üçün alıcıların minimum 10 AZN dəyərində Siyəzən dadlı toyuq məhsulları alması kifayətdir. Hər 10 AZN-lik alış-veriş iştirakçıya bir şans qazandırır. İştirak üçün alış-verişdən sonra çıxan qəbzdəki xüsusi QR kodu mobil telefon vasitəsilə skan edərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı iştirakçılar şəxsi məlumatlarını daxil edərək lotereyaya qoşula bilirlər. Kampaniya çərçivəsində iştirakçıları bir-birindən dəyərli hədiyyələr gözləyir. Əsas mükafat isə "Changan UNI-Z 2025" avtomobilidir. Bundan əlavə, qaliblər soyuducu, "iPhone", soba, ətçəkən, "airfryer", "AirPods" və 100 AZN-lik "AL Kart" kimi müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Lotereya müddətində üç tiraj keçiriləcək və hər tiraj üzrə qaliblər "AL Market" rəsmi sosial media kanllarından canlı yayım vasitəsilə şəffaf şəkildə müəyyən olunacaq. Tiraj tarixləri aşağıdakı kimidir: - 22 aprel - I tiraj; - 1 may - II tiraj; - 14 may - III tiraj (final tiraj). "AL Market"lər şəbəkəsi "Hər gün sərfəli" konsepti ilə müştərilərinə həm sərfəli qiymət, həm də əlavə dəyər təqdim etməyə davam edir. Kampaniya ilə bağlı ətraflı məlumatı "AL Market" sosial media səhifələri və alqazan.almarket.az saytından ala bilərsiniz.
Mənbə
oxu.az