Dünya

Yaponiya orduda qadın hərbçilərin sayını artıracaq - SƏBƏB

08 Apr 2026, 15:12 1 baxış
Yaponiya orduda qadın hərbçilərin sayını artıracaq - SƏBƏB
Yaponiya 2030-cu illərin ortalarına qədər orduda qadınların sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Oxu.Az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, buna səbəb yeni hərbçilərin işə cəlb edilməsində yaşanan çətinliklərdir. Qeyd olunur ki, 250 min vakant yerin təxminən 10 faizi dolmayıb. Bu il qarşıya qoyulan yeni hədəf 2036-cı ilin martına qədər Yaponiyanın Özünümüdafiə Qüvvələrində qadın hərbi qulluqçuların payını 13%-ə çatdırmaqdır (hazırda bu göstərici 9%-dir). Nazirlik qadınlar üçün xidmət şəraitin yaxşılaşdırılacağını vəd edib. Xüsusilə, gəmilərdə ayrıca tualet, hamam və yaşayış otaqlarının təchiz edilməsi nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər