Dünya
İtaliyada Avropanın ən böyük torpaq sürüşməsi baş verib - VİDEO
İtaliyanın Molise bölgəsinin Petaççato kommunasında ötən həftə yağan güclü yağışlardan sonra sürüşmə yenidən aktivləşib. Oxu.Az xəbər verir ki, bu barədə "Sky TG24" məlumat yayıb.
Bildirilib ki, sözügedən ərazidə yenidən yoxlamalar aparılıb. Petaççatodakı təbiət hadisəsi Avropada qeydə alınan ən böyük sürüşmələrdən biri hesab olunur. Qeyd edilib ki, qırılma xəttinin uzunluğu dörd kilometrə çatır və rəsmilər ehtimal edir ki, avtomagistralın və dəmir yolunun tam bərpası üçün bir neçə həftə, hətta aylar tələb oluna bilər. Təhlükəsizlik tədbiri olaraq sözügedən ərazinin avtomagistralında, eləcə də Adriatik dəmir yolunda hərəkət qismən dayandırılıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər