Dünya

Trampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıb

08 Apr 2026, 14:56 1 baxış
Trampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıb
ABŞ lideri Donald Trampın İranla ikihəftəlik atəşkəs qərarı verməsi qlobal bazarlara təsirsiz ötüşməyib. Belə ki, Nyu-York Ticarət Birjası (NYMEX) və onun alt bölməsi olan "Comex" platformasında qızıl, gümüş, platin və palladium kimi qiymətli metalların füçers dəyərində təqribən 7 faizlik bahalaşma qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu göstəricilər beynəlxalq ticarət platformalarının açıqladığı son rəqəmlərdə öz əksini tapıb. Bakı vaxtı ilə saat 09:20-də qeydə alınan nəticələrə əsasən, 2026-cı ilin iyun ayına planlaşdırılan NYMEX çatdırılmaları üzrə palladium füçerslərinin bir Trua unsiyasının dəyəri 1 543 ABŞ dolları (+5.93%) olub. Həmçinin 2026-cı ilin iyul ayı üçün nəzərdə tutulan platin füçersləri 4.76 faiz bahalaşaraq Trua unsiyası üzrə 2040.7 dollara yüksəlib. * Vaşinqton Tehranın bütün tələblərini qəbul edib? - İrandan sensasion açıqlama Bununla yanaşı, "Comex" birjasında 2026-cı ilin iyun ayında çatdırılması nəzərdə tutulan qızılın Trua unsiyasının qiyməti 4838.5 dollar (+3.28%) olaraq müəyyənləşib. 2026-cı ilin may ayına olan gümüş füçersləri isə Trua unsiyası üçün 76.84 dollar (+6.74%) həddində ticarət edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər