Dünya

Almaniya xaricə səfərlərlə bağlı hesabat tələbini ləğv edir

08 Apr 2026, 14:00 1 baxış
Almaniya xaricə səfərlərlə bağlı hesabat tələbini ləğv edir
Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, bu həftə hökumət üç aydan artıq müddətə xaricə səfər üçün Bundesverdən (Almaniya Silahlı Qüvvələri) icazə almaq tələbini ləğv edəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb. "Uzun müddətə xaricdə qalma barədə məlumat vermək lazım deyil. Biz bu məqsədlə qanunla nəzərdə tutulmuş ümumi hesabat vermə tələbindən istisna təklif edirik. Yerləşmə yerinin dəyişməsi barədə yalnız çağırışa tabe olan ehtiyatdakı hərbçilər məlumat verməlidirlər", - deyə nazir bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər