Bu ölkələrə hücumlar davam edir - Atəşkəs pozulur?
Fars körfəzi ölkələrinə hücumlar davam edir.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bəhreyndən bildirilib ki, mülki müdafiə qrupu İranın hücumları nəticəsində zərər çəkmiş ərazidə baş verən yanğını söndürüb.
Qətər gecə ərzində çoxsaylı hücuma məruz qalıb və ölkənin Müdafiə Nazirliyi hücum təyyarəsinin ələ keçirilməsi zamanı dörd nəfərin yaralandığını vurğulayıb.
Küveyt və BƏƏ-yə də hücumlar qeydə alınıb.
Səudiyyə Ərəbistanı beş ballistik raketin ələ keçirildiyini açıqlayıb.
Əbu-Dabi administrasiyasının mətbuat xidməti “Habşan” qaz yatağında baş verən yanğına aidiyyəti qüvvələri cəlb etdiyini bildirib. Lakin administrasiya yanğının səbəbi barədə məlumat verməyib. Bundan bir müddət əvvəl isə BƏƏ-də həyəcan siqnalı verilib.
Qeyd edək ki, İran və ABŞ arasında bu gün iki həftəlik atəşkəs razılaşması əldə edilib.