Digər

İranla 15 maddəlik razılaşma... - Tramp

08 Apr 2026, 12:48 1 baxış
İranla 15 maddəlik razılaşma... - Tramp

İranla 15 maddəlik, daha uzunmüddətli razılaşma müzakirə olunur və o maddələrin əksəriyyəti razılaşdırılıb.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp AFP-yə açıqlamasında deyib.


Tramp Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda uzunmüddətli razılaşma üçün möhkəm bir əsasın olduğunu bildirib:


“Bizim 15 maddəlik müqaviləmiz var və o maddələrin əksəriyyəti artıq razılaşdırılıb. Görək bundan sonra nə olacaq. Görək, bunu bacara biləcəyikmi?”


Qeyd edək ki, İran və ABŞ bu gün iki həftəlik atəşkəs elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər