Cəmiyyət

"Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər dayandırılıb - FOTO

08 Apr 2026, 11:57 2 baxış
"Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər dayandırılıb - FOTO
"Bakı metrosunun "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər müvəqqəti dayandırılıb". Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki depo ərazisindən keçən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən avtomobil və piyada tunelinin tikintisi davam edir: "Buna görə də hazırda deponun ikinci mərhələsinin tikintisini davam etdirmək üçün gözləmə mərhələsindəyik. Avtomobil yolu və piyada tikintisi başa çatandan sonra tikinti davam etdiriləcək. Sözügedən tunelinin inşası tamamlandıqdan sonra deponun ikinci mərhələsi üzrə tikinti quraşdırma işləri yekunlaşacaq və depo fəaliyyətə başlayacaq".
"Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlı işlər dayandırılıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər