Digər

Kallas bu gün Ərəbistana gedəcək

08 Apr 2026, 10:25 1 baxış
Kallas bu gün Ərəbistana gedəcək

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas çərşənbə günü Ər-Riyada gedəcək.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, Kallas Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal ibn Fərhan əl Səud, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Əl-Budaivi və bir sıra digər regional rəsmilərlə görüşəcək.


Onun hazırkı vəziyyətlə bağlı mümkün diplomatik həll yollarını müzakirə edəcəyi gözlənilir.


Məlumata görə, səfər təhlükəsizlik səbəbi ilə gizli saxlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər