Cəmiyyət

Dövlət Vergi Xidmətində YENİ TƏYİNAT

07 Apr 2026, 13:40 2 baxış
Dövlət Vergi Xidmətində YENİ TƏYİNAT
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib. Xatırladaq ki, bundan əvvəl sözügedən baş idarənin rəisi vəzifəsində Mirzə Mirzəyev çalışıb. O bu ilin fevralında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər