Cəmiyyət
Zəngilanın I yaşayış mərhələsində işlər bitib
Zəngilan şəhərinin I yaşayış mərhələsində işlər bitib. Oxu.Az xəbər verir ki, bu fikirləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva "Dost TV"nin efirində deyib. O bildirib ki, yaşayış məhəlləsi tezliklə təhvil veriləcək. İ.Rzayeva xatırladıb ki, hələ ki, Zəngilan şəhərinə köç baş tutmayıb.
Mənbə
oxu.az