Cəmiyyət

Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto

07 Apr 2026, 11:05 2 baxış
Quba-Qonaqkənd yolunda sürüşmə oldu - Foto

Quba rayonunda Qonaqkənd istiqamətində torpaq sürüşməsi qeydə alınıb.


Axar.az APA-ya istinadən xəbər verir ki, sürüşmə prosesi hazırda da davam edir.


Sürüşmə nəticəsində Qonaqkənd istiqamətində nəqliyyat əlaqəsi məhdudlaşıb, kommunikasiya xətləri zədələnib.


Hazırda vəziyyət nəzarətdə saxlanılır.


Rəsmi qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür, ərazidə intensiv iş aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər