Cəmiyyət
Sükan arxasında telefonla danışan avtobus sürücüsü CƏZALANDIRILDI - FOTO - VİDEO
Bakıda avtobus sürücüsünün sükan arxasında telefonla danışması sərnişinlərin narahatlığına səbəb olub. Bu barədə Oxu.Az-a şikayət daxil olub. Qeyd olunub ki, 191 nömrəli xətt üzrə hərəkət edən 10-TG-118 dövlət nömrə nişanlı avtobusun sürücüsü metronun "Qara Qarayev" stansiyasının qarşısından Əmircan qəsəbəsinə kimi dayanmadan telefonla söhbət edib.
"Bu qədər yolu sürücü ancaq telefon qulağında sükanı idarə edib. Bu isə sərnişinlərin həyatını riskə atmaq deməkdir", - şikayətdə vurğulanıb.
Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, məsələ araşdırılıb və sürücüyə töhmət verilib:
"Müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır. Sözügedən marşrut xətləri üzrə daşıyıcıya tərəfimizdən xəbərdarlıq edilib və sürücü barədə ölçü götürülməsi tapşırılıb. Sərnişindaşıma qaydalarını pozduğuna görə sürücüyə töhmət verilib".

Mənbə
oxu.az