Digər
Zelenski AB-ni "qarmağına keçirib" - Fitso
Ukraynanın siyasi rəhbərliyi “Şimal axını” qaz kəmərini partlatdı, Slovakiya və Macarıstanın, beləliklə, bütün Mərkəzi Avropanın neft tədarükünü kəsdi və neft-qaz infrastrukturuna hücum edir - başqa sözlə, Avropanın enerji təhlükəsizliyinə xələl gətirir.
Axar.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso deyib.
Onun sözlərinə görə, Slovakiya və Macarıstan daim Avropa Komissiyasının diqqətini Vladimir Zelenskinin AB-yə üzv dövlətlərə, indi isə bütün AB-yə qarşı düşmənçilik hərəkətlərinə yönəldir:
“Daha dəqiq desək, Zelenski AB-ni “qarmağına keçirib”.
Mənbə
axar.az