Digər

Əslində Avropa Ukraynaya buna görə dəstək verir

07 Apr 2026, 08:30 1 baxış
Əslində Avropa Ukraynaya buna görə dəstək verir

Avropa liderləri getdikcə daha çox Ukraynaya Rusiya ilə müharibədə dəstəyi mənəvi seçim kimi deyil, öz təhlükəsizliklərinin aləti kimi qiymətləndirirlər. Lakin bu yanaşma Avropanın Ukraynada demokratik institutların zəifləməsinə göz yummasına səbəb olur.


Axar.az xəbər verir ki, bu barədə Kembric Universitetinin iqtisadiyyat professoru və Prezident Zelenskinin keçmiş iqtisadi müşaviri Aleksandr Rodnyanski “Voll Strit Jurnal”ı üçün yazdığı məqaləsində qeyd edib.


O bildirir ki, ictimai ritorikada Avropa Ukraynaya dəstəyi demokratiya ilə avtoritarizm arasındakı mübarizə kimi təqdim edir, lakin qapalı müzakirələrdə getdikcə daha çox praqmatik hesablamalar üstünlük təşkil edir:


“Onların Ukraynaya dəstəyi artıq ilk növbədə dost bir demokratiya ilə həmrəylik deyil. Söhbət özləri üçün vaxt qazanmaqdan gedir”.


“Avropada qorxu var ki, əgər Rusiya müharibədən daha az məhdudiyyətlərlə və daha çox özünə inamla çıxsa, digər ölkələr üçün təhlükə artacaq. Bu kontekstdə Ukrayna təkcə xilas edilməli dövlət deyil, həm də aqressiyanı cilovlayan bufer kimi görülür”, - keçmiş müşavir vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər