Dünya

Əbu-Dabidəki neft-kimya zavodunda YANĞIN

05 Apr 2026, 15:00 1 baxış
Əbu-Dabidəki neft-kimya zavodunda YANĞIN
Əbu-Dabidəki "Borouge" neft-kimya zavodunda Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmuş hava hədəflərinin qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ paytaxtının hökuməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Ziyanın qiymətləndirilməsi müddətində obyektdə işlər dərhal dayandırılıb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb", - deyə paylaşımda qeyd olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülür. Hökumət yanğına səbəb olan hava hədəflərinin qalıqları barədə əlavə məlumat verməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər