Digər

Hindistan 7 il sonra İrandan neft idxalını bərpa etdi

05 Apr 2026, 00:55 2 baxış
Hindistan 7 il sonra İrandan neft idxalını bərpa etdi

Hindistan Yaxın Şərqdəki böhran fonunda İrandan neft alışını bərpa edib.


Axar.az xəbər verir ki, bu barədə Hindistanın Təbii Sərvətlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.


Bildirilib ki, tədarük ödəniş problemləri olmadan həyata keçirilib:


“Hindistanın neft emalı zavodları Yaxın Şərqdəki tədarük problemləri fonunda İrandan da daxil olmaqla, xam neftlə təmin olunub”.


Qeyd edək ki, Hindistanın İranla idxal əlaqələri 2019-cu ildə ABŞ-ın sanksiyaları səbəbindən dayandırılmışdı və o vaxtdan Hindistan İrandan neft almırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər